may
2024
16:41
91

Sumqayıtda növbəti dəfə səyyar-qəbul keçirilib-VİDEO

8 may, 2024
16:41
91

Sumqayıtda növbəti dəfə səyyar-qəbul keçirilib-VİDEO

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yerlərdə keçirdiyi səyyar qəbullar davam edir. 

 Den.az xəbər verir ki, Sumqayıt şəhərində sakinlərin müraciətlərini araşdırmaq və onları narahat edən məsələləri yerində həll etmək üçün növbəti səyyar qəbul-görüş keçirilib. 

 
Şəhərin İnşaatçılar qəsəbəsi ərazisində keçirilən görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri , qazilər, şəhid ailələri və sakinlər iştirak ediblər.

 Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Şəhər rəhbəri qeyd edib ki, Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.

 Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
 
Məlumat üçün bildirək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vətəndaş qəbulu hər həftə davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar