Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır.
Bu barədə fövqəladə hallar nazirinin müavini Adil Abdullayev məlumat verib.
Onun sözlərinə görə, xəritələrin məqsədi bu ərazilərdə seysmik risk səviyyəsini daha dəqiq müəyyənləşdirmək və xüsusilə sıx məskunlaşmış zonalarda tikinti və şəhərsalma sahəsində elmi əsaslı qərarların qəbuluna imkan yaratmaqdır.
Abdullayev bildirib ki, yeni xəritələr yalnız zəlzələ ocaqlarını deyil, həm də ərazilərin tikinti üçün həssaslıq dərəcəsini əks etdirəcək.
Öz növbəsində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli vurğulayıb ki, zəlzələləri dəqiq şəkildə əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.
“Lakin mövcud müşahidələrə əsasən, ölkə ərazisində dağıdıcı zəlzələ gözlənilmir”, — deyə Qurban Yetirmişli qeyd edib.

