2027-ci ildə keçiriləcək “Dakar” ralli-marafonuna Portuqaliya və Mərakeş ev sahibliyi edəcək.
Bu barədə yarışın rəsmi saytında məlumat verilib.
Rallinin Səudiyyə Ərəbistanından başqa ölkələrə köçürülməsi regiondakı təhlükəsizlik vəziyyəti ilə əlaqədardır.
Təşkilatçılar yarışın 2028-ci ildə yenidən Səudiyyə Ərəbistanında keçirilməsinin planlaşdırıldığını bildiriblər.
2027-ci ildə 49-cu dəfə təşkil olunacaq “Dakar” rallisi yanvarın 9-da Portuqaliyanın Lule-Faru bölgəsində başlayacaq və yanvarın 23-də Mərakeşin Mərakeş şəhərində başa çatacaq.
Yarışın ümumi marşrutu 7824 kilometr təşkil edəcək. Bunun 4341 kilometri sürət üzrə xüsusi yarış mərhələlərinin payına düşəcək.

