Abşeron məktəblərində möhtəşəm məzun günü tədbirləri təşkil edilib.
Bu barədə “Den.az”-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə qeyd edilən "Son zəng tədbirində" 11 il parta arxasında əyləşən şagirdlər onlara doğma olan müəllimlərinə minnətdarlıqlarını ifadə etdilər.
Daha bir "Son zəng" tədbiri Xırdalan şəhər 3 nömrəli məktəbdə möhtəşəm şəkildə qeyd edilib.Məzunlar biri-birindən maraqlı rəqslər edib əyləniblər.
Gələcəyimiz olan şagirdlərin savadlı bir gənc kimi yetişməsində böyük rol oynayan Xırdalan şəhər 4 nömrəli tam orta məktəbdə də möhtəşəm "Son zəng" tədbiri qeyd olunub . 11 il birlikdə təhsil alan məzunlar kövrək hisslərini bir-birilə bölüşdülər.
Xırdalan şəhər 6 nömrəli tam orta məktəbdə də " Son zəng" unudulmaz və yaddaqalan şəkildə qeyd edilib. Məktəb kollektivi şagirdlərə ən xoş arzularını çatdıriblar.
Bu gün "Son zəng" tədbiri özünəməxsusluğu ilə seçilən məktəblərdən biri də Xırdalan şəhər 7 nömrəli tam orta məktəb olub.Məktəb rəhbərliyi məzunları təbrik edib, gələcək həyatlarında uğurlar arzulayıb.
Təmtəraqlı şəkildə qeyd edilən daha bir "Son zəng" tədbiri Xırdalan şəhər 8 nömrəli tam orta məktəbdə baş tutub.Son zəng günü məktəbdə bir canlanma, 11-ci sinif şagirdlərinin simasında bir niskil hiss olunurdu.11-cilər bu günə xüsusi olaraq hazırlaşıblar.
"Son zəng" tədbiri Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə də rəngarəng şəkildə qeyd edilib.Məktəbin müəllimləri şagirdləri təbrik etdikcə gözlərindəki fərəh daha da canlanıb. Şagirdlər tərəfindən musiqi nömrələri və rəqslər nümayiş etdilib.11 il müəllimləri qarşısında ciddi oturan şagirdlər indi oynayır, müəllimləri ilə bərabər deyib gülüblər.
Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə də Məzunlar təbrik edilib.Şagirdlər son kəs məktəb həyatında müəllimlərlə vidalaşıblar.
Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəbdə də Məzunlar məktəbə əlvida deyiblər. Şagirdlərə gələcək həyatlarında uğurlar arzulanıb.
Masazır kənd 1 nömrəli tam orta məktəbdə də 11-ci sinif şagirdləri üçün "Son zəng" çalındı.Şagirdlərə tələbilik illərində uğurlar arzulanıb.
Masazır kənd 2 nömrəli tam orta məktəbdə də "Son zəng" münasibətilə əsl bayram şənliyi təşkil edilib və məzunlarla son görüş keçirilib.
Masazır kənd 3 nömrəli tam orta məktəbdə şagirdlərin həyəcanla gözlədiyi " Son zəng" çalınıb.
Masazır kənd 5 nömrəli tam orta məktəbdə də "Son zəng" tədbiri özünəməxsusluğu ilə seçilib. Məzunlar bu gözəl anı bir-birilə bölüşüblər.
Biz də Denaz.tv kollektivi adından bütün məzunlara gələcək işlərində uğurlar arzulayıram.
Abşeron məktəblərində möhtəşəm məzun günü tədbirləri keçirilib-VİDEO
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.