Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı Xırdalan şəhər 17 saylı körpələr evi uşaq bağçasında silsilə tədbirlər keçirilir.
“Den.az” xəbər verir ki, təşkil edilən tədbirlərdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışılır. Körpə fidanlara Heydər Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi misilsiz xidmətləri aşılanır.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulub.