Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb.
“Den.az” xəbər verir ki, bu sözləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Arifə Balakişiyeva deyib.
Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.Bu gün Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə Heydər Əliyev irsi yüksək səviyyədə təbliğ edilir
Qeyd edək ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə bu günə kimi keçirilən bir çox tədbirlər yüksək səviyyədə təşkil olunub.