25 
yan
2024
22:49
185

Regional Təhsil İdarəsinin müdiri tikintisi tamamlanmaq üzrə olan məktəbdə: ƏTRAFLI-FOTOLAR

25 yan, 2024
22:49
185

Regional Təhsil İdarəsinin müdiri tikintisi tamamlanmaq üzrə olan məktəbdə: ƏTRAFLI-FOTOLAR

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev tikintisi tamamlanmaq üzrə olan Quba rayonu Çingiz Mursalov adına Vəlvələ kənd tam orta məktəbindəki son vəziyyətlə tanış olub.

Bu barədə Den.az-a Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edək ki, hazırda regionun daha iki məktəbində - Xaçmaz rayonu Palçıqoba kənd tam orta məktəbi və Qusar rayonu Hil sirt kənd ümumi orta məktəbində tikinti işləri davam edir. 

Bu yaxınlarda isə Qusar rayonu Kuzunqışlaq və Cibir kənd tam orta, həmçinin Quba rayonu Hacıhüseynli kənd tam orta məktəblərinin yenidən tikintisinə, Şabran rayonu Ağalıq kənd tam orta məktəbi üçün isə yeni tədris korpusunun inşasına başlanılacaq.




















Bizimlə əlaqə saxlayın

Çox oxunanlar