Bayden və Makron 36 saat ərzində Hizbullah və İsrail arasında atəşkəs elan edəcək.
Den.az xəbər verir ki, bu barədə Fransa prezident administrasiyasındakı mənbə bildirib.
Mənbənin sözlərinə görə, ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makronun 36 saat ərzində Hizbullah və İsrail arasında atəşkəs elan edə bilər.
“Biz amerikalı tərəfdaşlarımızla bu istiqamətdə işləməyə davam edirik. Ümid edirik ki, bütün iştirakçı tərəflər bu fürsətdən ən qısa zamanda yararlanacaqlar”, – mənbə vurğulayıb.
Xatırladaq ki, daha öncə “Asharq al-Awsat” qəzeti Bayden və Makronun 60 günlük atəşkəs elan edəcəyini yazıb.
Günəş Fərəh
Den.az
Bayden və Makron 36 saat ərzində Hizbullah və İsrail arasında atəşkəs elan edəcək

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.