ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, HƏMAS-ın silahsızlaşdırılması prosesi zamanı Amerika ordusunun iştirakı tələb olunmayacaq.
“Bizə amerikalı hərbçilər lazım olmayacaq,” — deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib, DenMedia.az xəbər verir.
ABŞ liderinin sözlərinə görə, HƏMAS Qəzza zolağında atəşkəs razılaşmasının bir hissəsi kimi silahlarını könüllü şəkildə təhvil verməyə razılaşıb.
“İndi onlar bunu etməlidir. Əgər etməsələr — bunu biz edəcəyik,” — deyə Tramp əlavə edib, lakin bunun hansı üsulla baş verəcəyini dəqiqləşdirməyib.