ABŞ prezidenti Donald Tramp Şarm əl-Şeyxdə keçirilən Qəzza sammitində çıxış edərək ərəb ölkələrini İsraillə münasibətlərin normallaşdırılmasına çağırıb, DenMedia.az xəbər verir.
“Ümid edirəm ki, hamı “İbrahim sazişi”-ə qoşulacaq. Bu barədə bu gün belə mənimlə çoxları danışdı — birlikdə addım atmaq vaxtıdır,” — deyə Tramp bildirib.
ABŞ lideri qeyd edib ki, bu sazişi imzalayan ölkələr artıq fayda əldə ediblər və bölgənin gələcəyi üçün tərəfdaşlıq və sabitlik yolunun açıq olduğunu vurğulayıb.
“İndi bəhanə yoxdur — nə Qəzza, nə də İran artıq maneə deyil. İndi biz güclü, sabit, firavan və terrora birdəfəlik yox deyən bir region qura bilərik,” — deyə Tramp əlavə edib.