İsrail Müdafiə Ordusu (ÇAXAL) bəyan edib ki, Fələstin hərəkatı HƏMAS-ın atəşkəs rejimini pozmasına cavab olaraq Qəzzəyə bir neçə zərbə endirdikdən sonra atəşkəs rejiminə yenidən əməl etməyə başlayıb. Denmedia.az xəbər verir ki, bu barədə məlumat qurumun Telegram kanalında yayımlanıb.
“Siyasi rəhbərliyin göstərişinə uyğun olaraq və HƏMAS tərəfindən atəşkəsin pozulmasına cavab kimi həyata keçirilən bir sıra zərbələrdən sonra ÇAXAL atəşkəs rejiminə yenidən əməl olunmasını təmin etməyə başlayıb,” – bəyanatda qeyd olunur.
Ordunun açıqlamasına görə, İsrail tərəfi razılaşmanı qorumaqda davam edəcək və onun hər hansı pozuntusuna qəti şəkildə cavab verəcək.