ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Konqresdə hazırlanmaqda olan və Rusiya ilə biznes aparan ölkələrə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini dəstəkləməyə hazırdır.
“Bunun haqqında eşitmişəm və bu məni qane edir”, — deyə Tramp jurnalistlərə bildirib.
Amerika lideri əlavə edib:
“Onlar elə bir qanun layihəsi təklif edirlər ki, Rusiya ilə biznes aparan istənilən ölkə çox sərt sanksiyalarla üzləşəcək.”
Tramp detallara varmadan qeyd edib:
“Biz buna İranı da əlavə edə bilərik.”

