Böyük Britaniyanın Ukraynanı bundan sonra maliyyələşdirmək üçün kifayət qədər vəsaiti yoxdur. Bunu Rusiyanın Londondakı səfiri Andrey Kelin “Rossiya-1” kanalının “60 dəqiqə” proqramında bildirib.
“Reallıq budur: hər gün burada prosesləri yaxından izləyən bir şəxs kimi deyə bilərəm ki, Ukrayna üçün artıq pul yoxdur. Maliyyə gələn ilin əvvəlindən kəsiləcək. Daxili ehtiyatlardan bu vəsaiti tapmaq isə, faktiki olaraq, mümkün deyil,” — deyə səfir vurğulayıb.
Kelin əlavə edib ki, ABŞ-dan başqa Böyük Britaniyanın ümid bağlaya biləcəyi heç bir tərəfdaş qalmayıb.

