Namibiyanın Ompundja dairəsinin müşaviri Adolf Hitler Uunona yenidən seçilərək artıq beşinci dəfə vəzifədə qaldı.
Hakim SWAPO partiyasının namizədi səslərin 85%-ni toplayaraq rəqiblərini böyük fərqlə geridə qoydu.
Siyasətçi bu yaxınlarda soyadından “Hitler” adını çıxarmaq üçün rəsmi müraciət təqdim edib. Onun sözlərinə görə, bu ad ona atasının məlumatlı olmadan verdiyi tarixi bir “yanlışlıqdır”.
Uunona əvvəlki — 2020-ci il seçkilərində də 84,88% səslə qalib gəlmişdi və kampaniyalarında hər zaman “yoldaş Adolf Uunona” kimi təqdim olunur.

