NBC-nin məlumatına görə, İtaliyanın aparıcı dəb evi Prada, Versace brendinin 1,4 milyard dollara satın alınması prosesini rəsmən başa çatdırıb. Brendə qədər Capri Holdings sahiblik edirdi.
Rəsmi açıqlamada bildirilir:
“Prada S.p.A. tənzimləyici orqanlardan bütün zəruri icazələri əldə etdikdən sonra Versace-nin Capri Holdings-dən uğurla alınmasını elan edir.”
Capri Holdings 2018-ci ildən Versace-nin sahibi idi. Sentyabr ayında bu alış Avropa Komissiyasının təsdiqini almışdı.
Dizayner Miuçça Pradanın oğlu Lorenzo Bertelli noyabr ayında bəyan etmişdi ki, satınalma tamamlandıqdan sonra o, Versace moda evinin icraedici prezidenti vəzifəsini tutacaq.

