Bloomberg-in məlumatına görə, Çin Maliyyə Nazirliyi Honkonqda ümumi dəyəri 4 milyard ABŞ dollarına qədər olan dövlət istiqrazlarını yerləşdirməyi planlaşdırır.
İstiqrazların satışı 3 noyabrda baş tutacaq, digər təfərrüatlar isə nazirlik tərəfindən daha sonra açıqlanacaq.
Bu, Çinin 2021-ci ildən bəri Honkonqda ilk dəfə dollarla dövlət istiqrazı yerləşdirməsi olacaq. Həmin il də 4 milyard dollarlıq istiqrazlar satılmışdı. Sonuncu dəfə Çin 2024-cü ilin noyabrında dollar istiqrazı buraxmışdı — o zaman buraxılış həcmi 2 milyard dollar təşkil etmişdi.
Agentliyin qeyd etdiyi kimi, yeni suveren istiqraz emissiyası təkcə Çin şirkətlərinin xarici bazarlarda borc qiymətlənməsi üçün göstərici rolunu oynamır, həm də dövlətin beynəlxalq maliyyə kanallarını və investorlarla əlaqələrini gücləndirməsinə xidmət edir.

