ABŞ-da federal hökumətin fəaliyyətinin davam edən dayandırılması (“şatdaun”) ölkə iqtisadiyyatına 14 milyard dollara qədər zərər vura bilər.
DenMedia.az xəbər verir ki, bu barədə Konqresin Büdcə İdarəsi (CBO) proqnoz yayıb.
Şatdaun artıq beş həftədir — 1 oktyabrdan bəri — davam edir.
CBO-nun qiymətləndirməsinə görə, 2026-cı ilin sonuna qədər iqtisadi itkilər azı 7 milyard dollar olacaq. Əsas səbəb kimi federal işçilərin məcburi məzuniyyətə göndərilməsi göstərilir.
İdarənin rəhbəri Filipp Svaqelin sözlərinə görə,
“Əgər hökumət altı həftə işləməsə, itkilər 11 milyard dollara, səkkiz həftə davam etsə isə 14 milyard dollara çatacaq,” — deyə CNBC onun sözlərini sitat gətirib.
Şimali Karolinadan respublikaçı senator Tom Tillis bildirib ki, danışıqlarda irəliləyiş əlamətləri görünmür.
Eyni zamanda, Oreqondan demokrat senator Ron Uayden Ağ Evi danışıqlardan yayınmaqda ittiham edib.

 
        
         
                     
                     
                 
                 
                 
                 
                