Qlobal hava proqnozu xidməti olan “AccuWeather” Los-Ancelesdə və ətraf ərazilərdə davam edən meşə yanğınlarının iqtisadi zərəri ilə bağlı təxminlərini yeniləyib.
Den.az xəbər verir ki, Los-Anceles və ətrafında davam edən yanğınlar nəticəsində dəyən ümumi zərər 250-275 milyard dollar aralığına yüksəlib. Qeyd edək ki, ilkin hesablamalarda, “AccuWeather” yanğınların dəyərinin 52 milyard dollar ilə 57 milyard dollar arasında ola biləcəyini proqnozlaşdırmışdı. Yanğınlar davam etdikcə bu hesablama 135 milyard dollardan 150 milyard dollara qədər artırılmışdı. Los-Anceles şəhəri və ətrafında davam edən yanğınları nəzarət altına almaq hələlik mümkün deyil.
Yaşayış məntəqələrinə çatan yanğın indiyədək 40 min hektar ərazini kül edib. Məlumata görə, 50 min insan üçün təxliyə əmri verilib, 700-dən çox təxliyə edilmiş sakin sığınacaqlara yerləşdirilib.
Kaliforniyadakı yanğınların zərəri 250-275 milyard dollara çatdı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.