İstanbul boğazında 600 malikanə var. Onlardan 360-ı tarixi abidə kimi dövlət tərəfindən qorunur.
Denmedia.az xəbər verir ki, boğazdakı ən bahalı malikanə ötən gün satışa çıxarılıb. Malikanənin adını gizli saxlayan sahibi mülkə 7 milyard lirə (166 milyon dollar) qiymət qoyub.
Malikanənin 19 otaqdan ibarət olduğu bildirilir. Həyətində xüsusi zövqlə hazırlanmış hovuz var.
Türkiyə mediası qiymətin baha olmasından şikayətlənib. Yerli KİV bu pula İstanbulun ən prestijli səmtində 350 ev almağın mümkün olduğunu yazıb.

