ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) Minneapolis şəhərində keçirilən qanunsuz miqrasiyaya qarşı əməliyyat zamanı 3 mindən çox şəxsi saxlayıb.
Bu barədə ölkənin ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Metro Surge adlanan əməliyyat ABŞ tarixində immiqrasiya qanunlarının icrası üzrə ən genişmiqyaslı əməliyyatlardan biri hesab olunur. Əməliyyat artıq bir neçə həftədir davam edir və qanunsuz miqrantların, o cümlədən cinayət keçmişi olan şəxslərin müəyyən edilərək saxlanılmasına yönəlib.
Qeyd olunur ki, saxlanılanlar arasında yalnız statusu olmayan miqrantlar deyil, həmçinin zorakılıqda və ictimai asayişin pozulmasında şübhəli bilinən şəxslər də var.

