Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, son iki həftə ərzində FETÖ-yə qarşı keçirilən əməliyyatlar zamanı 160 şübhəli saxlanılıb, onlardan 90-ı həbs edilib. Nazir qeyd edib ki, saxlanılan şəxslər FETÖ tərəfindən istifadə edilən ByLock adlı şifrəli rabitə proqramının istifadəçiləridir.
Yerlikaya sosial şəbəkədə paylaşımında vurğulayıb ki, Türkiyənin bütövlüyünə və xalqın asayişinə təhdid yaradanlara qarşı mübarizə qətiyyətlə davam edəcək.
Məlumata görə, saxlanılanlar FETÖ-nün Xarici İşlər Nazirliyi, təhsil, maliyyə, hərbi və digər gizli strukturlarında fəaliyyət göstəriblər.
Qeyd olunur ki, 52 nəfər barəsində məhkəmə nəzarəti tədbiri tətbiq olunub.

