Fevralın 15-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları Krasnodar diyarına hücum edib.
Bu barədə regionun qubernatoru Veniamin Kondratyev məlumat verib.
Məlumata görə, Soçi və Novorossiysk şəhərlərində hava həyəcanı siqnalları səslənib. Soçidə fərdi yaşayış evinə ziyan dəyib — pəncərələr sınıb, istilik sistemi zədələnib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hücum fonunda Krasnodar, Soçi və Gelencik hava limanlarının, eləcə də Vladikavkaz, Qroznı, Maqas və Volqoqrad aeroportlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. Səhər saatlarına doğru məhdudiyyətlər aradan qaldırılıb.

