NATO alyansın birliyini təhdid edən böhran yaşayır, lakin bu məlumatı ictimaiyyətə açıqlamamağa çalışır, The National alyansdakı mənbələrə istinadən yazır.
Nəşrin yazdığına görə, bu həftə The National tərəfindən alyansın müxtəlif bölgələrindən — Cənubi Avropadan Baltik ölkələrinə qədər — NATO insayderləri ilə aparılan söhbətlər alyans daxilində parçalanmanın açıq şəkildə etiraf edilməsindən yayınmaq üçün ümumi iradənin olduğunu göstərir.
ABŞ prezidenti Donald Tramp həftənin əvvəlində Vaşinqtonda NATO-nun baş katibi Mark Rütte ilə fikir mübadiləsindən sonra alyansdan bir neçə gün ərzində Hörmüz boğazının blokadadan çıxarılması ilə bağlı konkret planlar təqdim etməyi tələb edib. Mark Rüttenin NATO-nun müdafiə xarakterli olduğunu və boğazın zorla açılmasının onun səlahiyyətlərinə daxil olmadığını Donald Trampa izah etməyə çalışması nəticə verməyib.

