ABŞ prezidenti Donald Tramp bildirib ki, NATO müttəfiqləri İran məsələsində Vaşinqtonu dəstəkləmədikləri üçün “özlərinə problem yaradıblar”. Onun sözlərinə görə, ABŞ əvvəlki illərdə müttəfiqlərinə çətin vəziyyətlərdə dəfələrlə yardım edib, lakin bu dəfə eyni dəstəyi görməyib. “Onların problemi olanda biz köməyə gəlirdik. Amma biz onlardan nisbətən kiçik bir qarşıdurmada iştirak etmələrini istəyəndə, bizi dəstəkləmədilər,” — deyə Donald Tramp bildirib. ABŞ lideri əlavə edib ki, gələcəkdə daha ciddi toqquşma baş verərsə, NATO tərəfdaşlarının Vaşinqtona kömək edib-etməyəcəyi şübhə altındadır.
NATO müttəfiqləri ABŞ-ni dəstəkləmədi və “özlərinə problem yaratdı”
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

