Finlandiya Prezidenti Aleksander Stubb hesab edir ki, ABŞ lideri Donald Trampla birgə saunaya getmək Qrenlandiya ətrafında yaranmış vəziyyətin tənzimlənməsinə kömək edə bilər.
Stubb bu barədə The Washington Post qəzetinə müsahibəsində danışıb.
“Bilirsiniz, bəzən bir az ləngimək daha yaxşıdır. Saunaya getmək, yaxşı bir vanna qəbul etmək və sonra həll yolu tapmaq. Əgər Prezident Trampı saunaya getməyə razı sala bilsəydik, düşünürəm ki, nəsə əldə edərdik. Qolf diplomatiyasından sauna diplomatiyasına. Niyə də olmasın?” — deyə Stubb bildirib.
Prezident, həmçinin Dünya İqtisadi Forumunun Davosda keçiriləcək toplantısı çərçivəsində — onun fikrincə, bütün Avropa liderlərinin iştirak edəcəyi forumda — “kifayət qədər mürəkkəb vəziyyətin həll ediləcəyinə” ümid etdiyini vurğulayıb. Məsələ Qrenlandiya ətrafındakı gərginliklə bağlıdır.

