İran müxalifətinin nümayəndələri Tehranda və dünyanın müxtəlif şəhərlərində yeni aksiyalar təşkil ediblər. Bu barədə Der Spiegel məlumat yayıb.
Fevralın 15-i axşam saatlarında İran paytaxtının bir neçə rayonunda sakinlərin eyvanlardan şüarlar səsləndirdiyi bildirilir.
Müstəqil və İrandan kənarda fəaliyyət göstərən Iran International telekanalı qruplar halında toplaşan şəxslərin şüarlar səsləndirdiyini əks etdirən görüntülər yayımlayıb. Oxşar aksiyalarla bağlı məlumatların İranın digər şəhərlərindən də gəldiyi qeyd olunur.
Hadisələrlə bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb.

