ABŞ-ın Federal Təhqiqat Bürosu (FBI) Milli Antiterror Mərkəzinin keçmiş direktoru Cozef Kent barədə araşdırma aparır.
Bu barədə CBS News məlumat yayıb.
Məlumata görə, araşdırmanın predmeti məxfi məlumatların sızdırılması ilə bağlı iddialardır.
Bildirilir ki, yoxlama Kentin istefasından əvvəl başlayıb və artıq bir müddətdir davam edir.
Kentin istefası bu həftə elan olunub və o, ABŞ administrasiyasının İrana qarşı hərbi siyasəti ilə razılaşmadığını bildirib.
“Davam edən müharibəni vicdanla dəstəkləyə bilmərəm”, — deyə Kent açıqlamasında qeyd edib.
O həmçinin hesab edir ki, İran ABŞ üçün qaçılmaz təhlükə deyildi və hərbi əməliyyat qərarı kənar təsirlərlə qəbul olunub.
Məlumata görə, araşdırma FBI-nın cinayət bölməsi tərəfindən aparılır, lakin qurum məsələ ilə bağlı rəsmi şərh verməyib.

