ABŞ-li jurnalist Tucker Carlsonun anbarından milyonlarla dollar dəyərində "snus" oğurlanıb.
Bu barədə TMZ tabloidi məlumat yayıb.
Məlumata görə, Tucker Carlsona məxsus Cənubi Kaliforniyadakı anbardan ümumi dəyəri təxminən 7,9 milyon dollar olan 378 min banka "snus" oğurlanıb.
Bildirilir ki, naməlum şəxs anbara işçi kimi saxta sənədlər təqdim edərək daxil olub. Daha sonra o, məhsulları yük maşınına yükləyərək hadisə yerindən uzaqlaşıb və Kentucky istiqamətində hərəkət edib.
Zərərçəkən oğurlanmış məhsulun dəqiq yerləşdiyi yer barədə məlumat verən şəxslərə 100 min dollar mükafat elan edib.
Hadisə ilə bağlı polis araşdırma aparır.

