ABŞ-ın beş ştatı prezident Donald Trump administrasiyasına qarşı 10 milyard dollardan çox federal maliyyənin dondurulması ilə bağlı məhkəmə iddiası qaldırıb. Bu barədə Reuters məlumat yayıb.
Federal məhkəməyə Manhettendə təqdim olunan iddia Kaliforniya, İllinoys, Minnesota, Kolorado və Nyu-York ştatları tərəfindən qaldırılıb. Söhbət:
-
azgəlirli ailələrə dəstək proqramı çərçivəsində 7,3 milyard dollar,
-
Uşaqların İnkişafı və Qayğı Fondundan təxminən 2,4 milyard dollar,
-
sosial xidmətlər üçün ayrılmış 869 milyon dollar qrantdan gedir.
Reuters-in qeyd etdiyinə görə, bir neçə gün əvvəl Tramp respublikaçılar Konqresə aralıq seçkilərdə uduzacağı təqdirdə, Demokrat Partiyasının impiçment proseduruna başlamağın yolunu tapacağını ehtimal edib.

