ABŞ Prezidenti Donald Tramp fövqəladə videomüraciətlə çıxış edərək Tehranı nüvə razılaşması üzrə diplomatik səyləri qəsdən pozmaqda ittiham edib. Amerika liderinin sözlərinə görə, 2025-ci ildə həyata keçirilmiş “Gecəyarısı Çəkici” əməliyyatından sonra Vaşinqton İrana yeni saziş şərtləri təklif edib, lakin bütün təşəbbüslər cavabsız qalıb. “Biz onlara xəbərdarlıq etmişdik ki, heç vaxt yenidən nüvə silahı yaratmaq cəhdlərinə qayıtmasınlar və dəfələrlə razılaşma əldə etməyə çalışdıq. Onlar nüvə ambisiyalarından imtina etmək üçün hər bir imkanı rədd etdilər”, — deyə Tramp vurğulayıb. Ağ Ev iddia edir ki, İran təkcə nüvə proqramını bərpa etməyə çalışmayıb, eyni zamanda uzun mənzilli ballistik raketlərin hazırlanmasında ciddi irəliləyiş əldə edib. Prezidentin bəyanatına görə, bu inkişaflar artıq ABŞ-ın Avropadakı müttəfiqləri və Amerika hərbi kontingenti üçün birbaşa təhlükə yaradır. Bəyanat İsrailin Tehrandakı obyektlərə yeni preventiv zərbələri ilə bağlı xəbərlər fonunda səsləndirilib. Bildirilir ki, əməliyyatda İsrail Hərbi Hava Qüvvələri ilə yanaşı ABŞ da iştirak edib. Birgə əməliyyat çərçivəsində əsas hədəflərdən biri İranın ali dini lideri Əli Xameneinin Tehrandakı iqamətgahı olub. Hökumət məhəlləsinə endirilən zərbələrin “Yehudanın Qalxanı” kod adlı əməliyyatın tərkib hissəsi olduğu qeyd edilir.
Ağ Evdən açıqlama: İran nüvə razılaşmasını pozdu
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

