İran ABŞ-la nüvə proqramı üzrə razılaşmalara hazırdır. Bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbətində bildirib.
Denmedia.az xəbər verir ki, söhbətin translyasiyasını Ağ Ev aparıb.
“Yeri gəlmişkən, İran da anlaşma bağlamaq istəyir. Hamı bizimlə anlaşma bağlamaq istəyir”, — deyə Amerika lideri bildirib.
Tramp həmçinin xatırladıb ki, ABŞ İranın nüvə obyektlərinə zərbə endirib. Onun sözlərinə görə, Vaşinqton bu planı 22 il ərzində həyata keçirmək istəyib. Ağ Evin rəhbəri iddia edir ki, heç bir əvvəlki prezidentin “bunu etməyə cəsarəti çatmayıb.”

