ABŞ xüsusi təyinatlı qüvvələrinin hərbçisi Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatı ilə bağlı mərc etdiyi üçün saxlanılıb. Bu barədə CNN məlumat yayıb.
Məlumata görə, baş çavuş Polymarket platformasında hesab açaraq yanvarın sonuna qədər Maduronun prezident postunu itirəcəyinə 32 min dollar məbləğində mərc edib. Bildirilir ki, o, 27 dekabrdan 2 yanvaradək — əməliyyatdan bir neçə saat əvvəl də daxil olmaqla — ümumilikdə 13 mərc yerləşdirib.
Hərbçiyə qarşı beş cinayət ittihamı irəli sürülüb.

