ABŞ Venesuelaya Nikolas Maduronun müdafiəsi üçün vəsait ödəməyə icazə verib.
Bu barədə The New York Times məlumat yayıb.
Məlumata görə, ABŞ Maliyyə Nazirliyi dəyişdirilmiş lisenziyalar təqdim edərək Venesuela hökumətinə ölkənin keçmiş prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresun vəkillərinə ödəniş etməyə imkan verib.
Qərar Nyu-Yorkun Cənub Dairəsi üzrə prokuroru Cey Kleytonun Manhetten federal məhkəməsinə təqdim etdiyi sənəddə əksini tapıb.
Bundan əvvəl Maduro ABŞ hökumətini konstitusion hüquqlarını pozmaqda ittiham edərək ədalətli məhkəmə araşdırması tələb etmişdi. Onun vəkili isə bildirib ki, əvvəllər Tramp administrasiyası hüquqi xidmətlərin ödənilməsinə maneələr yaradırdı.

