ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın nüvə proqramı ilə bağlı irəli sürdüyü təkliflər Tehranın nüvə silahına malik olmamasını nəzərdə tutur.
O, bu barədə öz sosial şəbəkəsində CNN telekanalının son paylaşımını şərh edərkən yazıb.
Trampın sözlərinə görə, media nümayəndələri təklif olunan razılaşmanın məzmununu düzgün təqdim etməyiblər. O, telekanalı “feyk” adlandırıb və proqramında açıq şəkildə İranın nüvə silahı olmayacağını bildirdiyini qeyd edib.
ABŞ lideri əlavə edib ki, sənəd nüvə mövzusu ilə bağlı digər məsələləri də əhatə edir. Bununla belə, Tramp təkliflərin detalları və İranın nüvə proqramı üzrə danışıqların hansı mərhələdə olduğu barədə əlavə məlumat verməyib.

