ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ ilə İran arasında məhsuldar danışıqlar aparılıb və Tehran razılaşmaya getməyə hazırdır.
“Biz İranla da çox yaxşı danışıqlar apardıq. Görünür, İran razılaşma bağlamağı çox istəyir”, — deyə Donald Tramp vurğulayıb.
Eyni zamanda Ağ Evin rəhbəri İslam Respublikası istiqamətində əhəmiyyətli hərbi qüvvələrin cəmləşdirildiyini dəqiqləşdirib.
“Bizim böyük bir armadamız var və böyük donanmamız həmin istiqamətə doğru hərəkət edir, çox tezliklə orada olacaq. Ona görə də görək, bu proses hara gedəcək”, — deyə ABŞ prezidenti əlavə edib.

