ABŞ Prezidenti Donald Tramp hesab edir ki, ABŞ ilə İran arasında olan münaqişə sona yaxındır, lakin hələ tam başa çatmayıb.
Bu barədə o, Fox News-a verdiyi müsahibədə bildirib.
“Düşünürəm ki, bu, sona yaxındır,” — deyə Donald Tramp bildirib.
Bununla belə, Tramp vurğulayıb ki, proses hələ yekunlaşmayıb və hər şey qarşıdakı addımlardan asılıdır.
“Biz hələ bitirməmişik. Görək nə baş verəcək. Məncə, onlar razılaşma əldə etmək istəyirlər.”

