Ermənistanın keçmiş prezidenti Robert Köçəryana qarşı irəli sürülən ittihamların dəyişdirilməsi təklif olunub.
Den.az xəbər verir ki, belə bir təkliflə Ermənistanın müvafiq məhkəməsi çıxış edib.
Prosesdə dövlət ittihamçısı Ayk Ovannisyan Ermənistan Cinayət Məcəlləsinin 441-ci maddəsinə (vəzifə səlahiyyətlərini aşma, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) dəyişiklik edərək Koçaryana qarşı yeni ittiham irəli sürüb və əvvəlki ittihamın hüquqi qiymətini dəyişib.
Prokurorun sözlərinə görə, Köçəryana aid edilən əməllərdə Cinayət Məcəlləsinin 441-ci maddəsinə uyğun cinayət tərkibi var.
Köçəryanın özü məhkəmə iclasından sonra jurnalistlərlə söhbətində yeni ittihamı “hüquq elminə işgəncə” və “absurd” adlandırıb.
Xatırladaq ki, söhbət 2008-ci ildə Ermənistan prezidenti Robert Köçəryanın prezident postunu tərk edərək səlahiyyətlərini Serj Sarkisyana ötürməyə hazırlaşdığı zaman baş verən hadisələrdən gedir. Həmin vaxt səsvermənin nəticələri ilə razılaşmayan prezidentliyə namizəd Levon Ter-Petrosyanın tərəfdarları etiraz aksiyası təşkil ediblər. 2008-ci il martın 1-də Ermənistan hakimiyyəti minlərlə nümayişçini zor gücünə dağıdıb. İğtişaşlar zamanı 10 nəfər ölüb, 250-dən çox adam yaralanıb.
Günəş Fərəh
Den.az
Köçəryana qarşı irəli sürülən ittihamların dəyişdirilməsi təklif olunub

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.