“Seçkilər yaxınlaşdıqca Ermənistanda şou daha da böyüyəcək”.
Den.az xəbər verir ki, bunu “Ermənistan” blokunun deputatı Levon Koçaryan deyib.
“Hazırkı hakimiyyətin iş üslubu 2018-ci ildən bəri dəyişməyib. Seçki yaxınlaşdıqca şou daha da böyüyəcək”.
O, atası Robert Koçaryanın Nikol Paşinyanla debatda iştirakdan niyə imtina etməsi ilə bağlı sualı belə cavablandırıb.
“Bu barədə çox danışılıb. Yeri gəlmişkən, bütün danışıqlar prosesi ilə yaxından tanış olan Vardan Oskanyan bu məsələ ilə bağlı əks təkliflə çıxış edib.
Lakin qarşı tərəf razılaşmayıb. Nikol Paşinyan Oskanyanı öz səviyyəsinə uyğun bilməsə belə, Oskanyanla debata Ararat Mirzoyanı göndərə bilərdi.
Ancaq bu, baş vermədi. Beləliklə, hər şey aydındır”, – deyə Koçaryan vurğulayıb.
Günəş Fərəh
Den.az
“Seçkilər yaxınlaşdıqca Ermənistanda şou daha da böyüyəcək” - Koçaryan

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.