Atlantik okeanında formalaşa biləcək növbəti tropik siklon “Dolli” adlandırılacaq. Bunun kantri ulduzu Dolli Partonun ölümü ilə heç bir əlaqəsi yoxdur.
Associated Press-in məlumatına görə, ABŞ Milli Qasırğa Mərkəzi hazırda Kabo-Verde yaxınlığındakı meteoroloji vəziyyəti izləyir. Şərait tropik siklonun formalaşmasına səbəb ola bilər.
Tropik siklonlara adlar Ümumdünya Meteorologiya Təşkilatının əvvəlcədən hazırladığı siyahı əsasında verilir. Adlar əlifba sırası ilə və qadın-kişi adları növbələşdirilərək seçilir.
Siyahıda növbəti ad “Dolli” olduğuna görə mümkün siklon da bu adla qeydə alınacaq.
Dolli Parton isə 25 avqustda, 80 yaşında uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib.

