Amerikalı kantri musiqi əfsanəsi Dolli Parton 80 yaşında vəfat edib. Onun ölümü ailəsi tərəfindən təsdiqlənib və bu barədə müğənninin rəsmi sosial şəbəkə hesabında video müraciət yayılıb.
Video müraciətdə Partonun bacısı oğlu Brayan Siver onun ölüm xəbərini açıqlayıb. Siver bildirib ki, bu müraciəti müğənni özü illər əvvəl hazırlamasını xahiş edibmiş.
Dolli Parton uzun illər davam edən karyerası ərzində “Jolene”, “I Will Always Love You”, “9 to 5” kimi dünya şöhrətli mahnılara imza atıb, kino layihələrində çəkilib və çoxsaylı “Grammy” mükafatları qazanıb.

O, musiqidən əlavə xeyriyyə fəaliyyəti ilə də tanınırdı. Partonun yaratdığı Imagination Library proqramı uşaqlara pulsuz kitab çatdırılması ilə məşhurlaşıb.
ABŞ Prezidenti Donald Tramp müğənninin ölümü ilə əlaqədar ölkə üzrə bayraqların bir həftə yarıya endirilməsi barədə göstəriş verib. Tramp Partonu “kantri musiqisinin ən böyüklərindən biri” adlandıraraq onun ölümünü milyonlarla insan üçün böyük itki kimi qiymətləndirib.

