Azərbaycanın ictimai-siyasi həyatında tanınmış şəxslərin ailələrində yaşanan faciələr zaman-zaman cəmiyyətin də diqqət mərkəzində olub. Dekabrın 25-də Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızının uzun sürən xəstəlikdən sonra vəfat etməsi bu mövzunu yenidən gündəmə gətirib.
Denmedia.az xəbər verir ki, bu məmurlar, siyasi şəxslər övladını faciə nəticəsində itirib.
Siyahını iyahını təqdim edirik.
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə qızını itirən məmurlar sırasındadır. Onun 44 yaşlı qızı Nigar Abbaszadə ürəktutmadan dünyasını dəyişib.
Keçmiş baş nazirin müavini Abid Şərifovun oğlu Elçin Şərifov 2023-cü ilin mart ayında vəfat edib. O, uzun müddət iflicdən əziyyət çəkirdi və keçmiş OMON komandiri Rövşən Cavadovun kürəkəni idi.
Sabiq müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Rövşən Camalov 44 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Eyni taleyi Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov da yaşayıb. Belə ki, onun oğlu illər əvvəl uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib.
Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun qızı Nərgiz Yaqublunu səhhətində yaranan qəfil xəstəlik üzündən itirib.
Millət vəkili Fazil Mustafa da illər əvvəl övlad acısı yaşayıb. Onun oğlu və qaynı 2008-ci ildə hamamda dəm qazından boğularaq dünyasını dəyişiblər. Həmin zaman Elçibəy Fazil oğlu Mustafayevin cəmi 8 yaşı var idi.
Sabiq deputat Araz Əlizadə də oğul itkisi ilə üzləşən siyasətçilərdəndir.
Millət vəkili Eldar İbrahimovun böyük oğlunun vəfatı da bu siyahıda xatırlanır. O, övladını 2000-ci illərin əvvəllərində avtoqəzada itirib.
Sabiq deputat Rizvan Cəbiyev də oğlu Anar Nağılbazı vaxtsız və faciəvi şəkildə itirib.
Globalinfo.az

