Çində məhkəmə Hubey əyalətinin Kommunist Partiyası komitəsinin keçmiş katibi Tszyan Çaolyanı 746 milyon yuandan (təxminən 111 milyon dollar) çox rüşvət almaqda təqsirli bilərək ölüm cəzasına məhkum edib.
World Journal nəşrinin Nankin məhkəməsinin qərarına istinadən yaydığı məlumata görə, istintaqla əməkdaşlıq etdiyi üçün hökm yüngülləşdirilib. Ölüm cəzasının icrası iki il müddətinə təxirə salınıb və müəyyən şərtlərə əməl olunacağı təqdirdə cəza ömürlük həbslə əvəz ediləcək.
Araşdırma zamanı müəyyən edilib ki, Tszyan Çaolyan vəzifə səlahiyyətlərindən istifadə edərək şirkətlərə və ayrı-ayrı şəxslərə kreditlərin alınması, müqavilələrin əldə edilməsi və vəzifədə irəliləmə məsələlərində kömək göstərib.
Qeyd edək ki, Çində “iki il möhlət verilməklə ölüm cəzası” hökmün dərhal icra ediləcəyi anlamına gəlmir.
Tszyan Çaolyan 1995–2025-ci illərdə bank sektorunda, eləcə də Tsilin və Hubey əyalətlərinin partiya strukturlarında yüksək vəzifələr tutub.
2019-cu ilin sonunda Hubeyə rəhbərlik etdiyi dövrdə əyalətin inzibati mərkəzi Uhan şəhərində koronavirusun ilk böyük yayılması başlamışdı.

