Suriyanın keçmiş prezidenti Bəşər Əsəd qiyabi olaraq ölüm cəzasına məhkum edilib, Al Arabiya xəbər verir.
Dəməşq Cinayət Məhkəməsi Əsədi uşaqlar da daxil olmaqla bir neçə şəxsin qəsdən öldürülməsində və işgəncələrdə təqsirli bilib.
Hökm qiyabi çıxarılıb. Bəşər Əsəd hakimiyyətdən devrildikdən sonra Suriyanı tərk edib və hazırda Rusiyada sığınacaq alaraq yaşayır.

