Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol 2024-cü ilin dekabrında baş vermiş üsyan işi üzrə təqsirli bilinib. Bu barədə Yonhap agentliyi məlumat yayıb.
Seulun Mərkəzi Rayon Məhkəməsi onu ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Qeyd olunur ki, bu maddə üzrə qanunvericilikdə ya ölüm cəzası, ya da ömürlük həbs nəzərdə tutulur.
Məhkəmə qərarında bildirilib ki, Yun Sok Yola qarşı irəli sürülən üsyana rəhbərlik etmə ittihamı əsaslı hesab olunub.

