Çinin keçmiş müdafiə nazirləri Vey Fenxe və Li Şanfu rüşvət almaqda təqsirli bilinərək ölüm cəzasına məhkum ediliblər.
Qərara əsasən, hökmün icrası iki il müddətinə təxirə salınıb.
General-polkovniklər Li Şanfu və Vey Fenxe hələ 2024-cü ildə hərbi rütbələrindən məhrum edilmiş və Çin Kommunist Partiyasından xaric olunmuşdular.
Li Şanfu 2023-cü ilin mart-oktyabr aylarında müdafiə naziri vəzifəsində çalışıb. Vey Fenxe isə bu posta 2018-ci ilin martından 2023-cü ilin martına qədər rəhbərlik edib.


