Çində məhkəmə Haykou şəhər Partiya Komitəsinin sabiq katibi Lo Zənbin barəsində iki illik icra təxirə salınmaqla ölüm hökmü çıxarıb. Bu barədə China Daily Ali Xalq Məhkəməsinə istinadən məlumat yayıb.
O, xüsusilə külli miqdarda rüşvət almaqda təqsirli bilinib.
İstintaq materiallarına görə, məmur qanunsuz olaraq təxminən 316 milyon yuan (təxminən 3,5 milyard rubl) əldə edib. Bildirilir ki, o, qarşılığında şirkətlərə və fiziki şəxslərə sərfəli müqavilələrin bağlanmasında və kommersiya üstünlüklərinin əldə olunmasında yardım göstərib.
Qeyd olunur ki, təqsirləndirilən şəxs istintaqla əməkdaşlıq etdiyinə görə, Çin qanunvericiliyinə uyğun olaraq, hökm sonradan ömürlük azadlıqdan məhrumetmə ilə əvəz oluna bilər.

