Əfsanəvi boksçu, keçmiş ağır çəkidə dünya çempionu Mayk Tayson ABŞ Prezidenti Donald Trampın Nyu-York ştatında keçirilən mitinqinə qatılıb.
Tayson bundan əvvəl Ağ Evə səfər edib, daha sonra isə Trampın Sirakuz şəhərində keçirilən mitinqində səhnəyə çıxıb.
Tədbirdə çıxış edən məşhur boksçu Trampa təşəkkür edərək ona dəstəyini ifadə edib.
“Donald Tramp kimi bir prezident olmasaydı, mənim burada olmağım mümkün deyildi. Təşəkkür edirəm”, – Tayson bildirib.
Boksçu Ağ Evə səfərinin necə baş tutmasına da aydınlıq gətirib. Onun sözlərinə görə, dəvət birbaşa Trampdan gəlib.
“Prezident məni dəvət etdi”, – deyə Tayson bildirib.
Tayson Ağ Evdəki görüşdən sonra Trampla birlikdə “Air Force One” təyyarəsi ilə Sirakuza yollanıb və daha sonra mitinqdə onunla eyni səhnəyə çıxıb.
Tramp isə Taysonu səhnəyə dəvət edərkən onunla uzun illərdir dost olduqlarını bildirib və zarafatla “Onunla döyüşmək istəmirəm” deyib.

