Boks üzrə keçmiş mübahisəsiz dünya çempionu, amerikalı Mayk Tayson pul qarşılığında Instagram platformasında fanatlarından birinə abunə olub. Bu barədə Sport24 Goldin şirkətinə istinadən məlumat yayıb.
Bildirilir ki, idmançı öz abunəliyini hərraca çıxarıb və bu lot 3,3 min ABŞ dollarına satılıb. Alıcı Mayk Taysonun Instagram-da abunə olduğu 300-cü şəxs olub.
Qeyd olunur ki, məşhurlarla bu cür qarşılıqlı əlaqə formatı getdikcə daha populyarlaşır və şəxsi brendin monetizasiyası üsulu kimi istifadə olunur.

