Böyük Britaniya şahzadəsi Uilyam qardaşı Harriyə o qədər dərindən inciyib ki, onunla barışmaq istəmir.
Bu barədə “The Mirror” nəşri məlumatlı mənbəyə istinadən xəbər verib.
Şahzadə Uilyama yaxın mənbənin sözlərinə görə, o, qardaşının özü və kral ailəsinin digər üzvləri haqqında ictimaiyyət qarşısında söylədiyi fikirlərdən hələ də “dərindən inciyib”.
Bildirilir ki, Böyük Britaniya Kralı III Çarlzın böyük oğlu şahzadə Harri ilə ünsiyyət qurmaq və münasibətlərini bərpa etmək istəmir.
Bundan əvvəl Sasseks hersoqu Harri “GQ” jurnalına müsahibəsində atası, qardaşı Uilyam və kral ailəsinin digər üzvləri ilə münasibətlərini düzəltmək istədiyini etiraf edib.
“Bəzi insanlar hər şeyin yoluna düşməsini istəmir. Amma mən istəyirəm ki, hər şey düzəlsin. Dünyada hazırda baş verənləri nəzərə alsaq, ən vacib məsələ barışmaqdır”, – deyə Harri bildirib.
Sasseks hersoqu bağışlamağı və keçmişdə baş verənləri geridə qoymağı bacarmağın vacibliyini vurğulayıb.
“Yaralar qalır, amma əsas məsələ baş verənlərə necə baxmağın və onlara necə münasibət göstərməyindir”, – deyə o qeyd edib.
Şahzadə Harri kral ailəsindəki münaqişələrə ictimaiyyətin marağını başa düşdüyünü də bildirib. Onun sözlərinə görə, oxşar ailədaxili problemlər bir çox insana tanışdır.

