ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsində faktiki olaraq Rusiyanın tərəfini tutub.
Bu fikri Almaniya Bundestaqının deputatı Norbert Röttgen səsləndirib.
Bu barədə Almaniyanın NTV telekanalı məlumat yayıb.
Deputatın sözlərinə görə, Tramp sülh razılaşmasına nail olmaq üçün Ukraynaya təzyiq göstərməyə hazırdır.
“O, Ukraynanı daha zəif və özündən asılı tərəf hesab edərək ona təzyiq göstərir. Bununla da Tramp Ukraynanın və avropalıların maraqlarına qarşı çıxır və hazırda Rusiyanın tərəfində dayanır. Təəssüf ki, vəziyyəti yalnız belə qiymətləndirmək olar”, – deyə Röttgen bildirib.
Almaniyalı deputatın fikrincə, Trampın ciddi güzəştlər hesabına münaqişəni razılaşma yolu ilə bitirmək istəyi Ukraynanın hərbi məğlubiyyətinə səbəb ola bilər.

